• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərə sənəd verənlərin NƏZƏRİNƏ

Ali məktəblərə sənəd verənlərin NƏZƏRİNƏ
09.07.2021 09:21
Bu gün ali məktəblərə müsabiqədənkənar qəbul üçün sənəd qəbulu başa çatır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 16 iyundan 9 iyula qədər sənədləri Dövlət İmtahan Mərkəzinə (Bakı ş. M.Müşfiq 1M) və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər.

Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.

Bundan əlavə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanların sənəd qəbulu da bu gün başa çatır. Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:

- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

- Yüksək yerləşdirmə (Advanced Placement).

Müsabiqədə iştirak etmək istəyənlər iyunun 16-dan iyulun 9-dək sənədləri Dövlət İmtahan Mərkəzinə (Bakı ş. M. Müşfiq 1M) və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər.

IB diplom üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrini elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər. Bununla yanaşı, həmin abituriyentlər öz şəxsi kodunun nömrəsini (IB Personal Code) [email protected] emailinə göndərməlidirlər.

Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.

Bu abituriyentlər "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almalıdırlar. Azәrbaycan Respublikasının tәdris Azәrbaycan dilindәn fәrqli dillәrdә aparılan ümumtәhsil müәssisәlәrini cari ildә bitirәn abituriyentlәrin buraxılış imtahanı çәrçivәsindә verdiklәri "Azәrbaycan dili (dövlәt dili kimi)” fәnni imtahanından nisbi balı әn azı 50 olduğu halda, onların hәmin nәticәlәri әsas götürülür vә "mәqbul” almış hesab olunurlar. Hәmin imtahan üzrә nisbi balı 50-dәn az olan abituriyentlәr isә "qeyri mәqbul” almış hesab olunurlar vә qәbul imtahanı çәrçivәsindә "Azәrbaycan dili (dövlәt dili kimi)” fәnnindәn iyunun 24-də yenidәn imtahan verirlәr.

"Azәrbaycan dili (dövlәt dili kimi)” fәnni üzrә imtahanın nәticәsi iki il qüvvәdә olduğundan, 2020-ci ildә hәmin imtahandan "mәqbul" alan abituriyentlәr cari ildә bu imtahanda iştirak etmirlәr.

"Azәrbaycan dili (dövlәt dili kimi)” fәnni imtahanından "mәqbul” ala bilmәyәn abituriyentlәr müsabiqәyә buraxılmırlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol