• $
  • €
  • ₽
  • ₺
  • £

“Xankəndidəki ermənilərlə birbaşa təmaslarımız var, adları gizli qalır"

“Xankəndidəki ermənilərlə birbaşa təmaslarımız var, adları gizli qalır"
09.07.2021 21:05
"Son günlər Xankəndidən olan erməni seçicilərimizin bizə müraciəti çoxalıb. Şəxsən ofisimə çoxlu mesaj və məktublar daxil olur. Biz dəfələrlə qeyd etmişik ki, Qarabağda yaşayan emənilər, xüsusilə Xankəndidəki seçicilərimiz erməni əsilli Azərbaycan vətəndaşlarıdır. Biz bu yaxınlarda "Votsap" nömrəsini aktivləşdirdik və ora çoxlu sayda erməni seçiciləri müraciət edirlər”.

 
Bu sözləri Milli Məclisdə Xankəndini təmsil edən deputatı Tural Gəncəliyev deyib.
 
Tural Gəncəliyev bildirib ki, Qarabağda yaşayan ermənilərin onlara müraciəti müxtəlif məsələlərlə bağlıdır. Onun sözlərinə görə, bir qrup erməni əsasən onların gələcəkdə Xankəndidə yaşayışının necə olacağı, Azərbaycan pasportunu necə ala biləcəklərinə dair müraciət edir. Bəzi qisim suallar isə onların mülkiyyət hüququnun necə olacağı, hazırda yaşadıqları yerdə necə qalıb yaşayacaqlarına dairdir. Biz də bu suallara Azərbaycan qanunlarına uyğun şəkildə cavab veririk.
 
Görürük ki, son zamanlar bizə müraciətlərin sayında çoxalma var. Əslində bu, onu göstərir ki, yaranan reallığı başa düşür, Azərbaycanın suverenliyi çərçivəsində yaşayacaqlarını anlayır və indidən hüquqi, mülkiyyət, insani münasibətlərə dair suallar verirlər”.
 
Deputat vurğulayıb ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağ iqtisadi rayonunun yaradılması, Xankəndi şəhərinin də məhz bu rayonun tərkibinə daxil edilməsinə dair tarixi fərman verib: "Hesab edirəm ki, Azərbaycanın suveren ərazisində bütün Azərbaycan vətəndaşları sülh və firavan şəkildə yaşayacaqlar. Xankəndinin deputatı olaraq Azərbaycan vətəndaşlarının suallarını və narahatlıqlarını anlayışla qarşılayram, hər birinə cavab verirəm. Həqiqətən də son zamanlar bizə müraciətlərin sayı artıb”.
 
"Skype”, "Zoom” və digər müasir internet resursları üzərindən Xankəndidəki ermənilərlə birbaşa təmaslar qurub-qurmadığına dair məsələyə gəlincə, deputat belə təmasların olduğunu deyib: "Birbaşa təmaslarımız sözsüz ki, var. Ancaq seçicilərimiz adlarının gizli qalmasının tərəfdarıdırlar. Çünki biz danışdığımız insanların adlarını açıqlasaq, bu, onların təhlükəsizliyinə dair problemlər yarada bilər”.
 
Deputat Xankəndidə doğulduğunu xatırladaraq bildirib ki, münaqişədən sonra orada olmayıb: "Biz Xankəndi ilə bağlı paylaşımlar da edirik. Buna da normal yanaşmaq lazımdır. Biz Xankəndi daxil olmaqla bütün kənd və şəhərlərimizə dönəcəyik. Bütün bunlar əslində 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulub”.
 
Teleqraf.com

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol