• $
  • €
  • ₽
  • ₺
  • £

Ərzaq məhsullarının satışı ilə bağlı nöqsanlar aşkarlandı

Ərzaq məhsullarının satışı ilə bağlı nöqsanlar aşkarlandı
12.07.2021 12:50
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küç., ev 20A ünvanında fəaliyyət göstərən fiziki şəxs İskəndərov Həyatxan Hüseynəli oğluna məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışını həyata keçirdiyi ticarət müəssisəsində yoxlama keçirib.

AQTA-dan verilən məluamta görə, yoxlama zamanı ticarət müəssisəsində ərzaq məhsullarının saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı aşkar olunub.

Eyni zamanda, ərzaq məhsullarının saxlanılması və satışı zamanı temperatur rejiminə riayət edilmədiyi, termiki emaldan keçmədən istifadə edilən quru meyvələrin, çərəzlərin və ədviyyatların ticarət müəssisəsinin qarşısında üzəri açıq şəkildə satıldığı müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol