Vətən müharibəsi qaziləri Türkiyəyə göndərildi

Vətən müharibəsində ağır yaralanan daha 8 qazimiz "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Türkiyəyə göndərilən qazilər Hüseynov Tural, Bağırov Yaşar, Məmmədov Məhəmməd, Məmmədzadə Adəm, Nağıyev Şıxseyid, Novruzov Rəşad, Məhərrəmov Əkbər, Qurbani Ruslandır.
"YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























