• $
  • €
  • ₽
  • ₺
  • £

Qazini vurub qaçan sürücü saxlanılıb - DİN-dən AÇIQLAMA

Qazini vurub qaçan sürücü saxlanılıb - DİN-dən AÇIQLAMA
15.07.2021 14:35
İyulun 11-də Bakıda Elvin Tağızadəni vuraraq hadisə yerindən qaçan yük maşınının sürücüsü saxlanılıb.

Bu barədə  DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib. O bildirib ki, hadisə iyulun 4 gün əvvəl saat 23:00 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib:

"Elvin Tağıyev idarə etdiyi "Opel Astra” markalı avtomobili nasaz vəziyyətdə olduğu üçün saxlayaraq yerə düşüb. Bu zaman markasını və dövlət nişanını görmədiyi avtomobil tərəfindən vurulub. Nəticədə, Elvin Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dərhal faktla bağlı Suraxanı rayonu polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb. Müəyyən edilib ki, Şabran rayon sakini Aslanov Asəf idarə etdiyi "Kamaz” markalı avtomobillə Elvin Tağıyevi vurub.

İyulun 14-də o, şübhəli şəxs qismində tutulub. Hazırda Suraxanı Rayon Polis İdarəsi Cinayət Məcəlləsinin 263.1-1, 264-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq davam edir”.

Qeyd edək ki, Elvin Tağızadə İkinci Qarabağ müharibəsi qazisidir və Azərbaycan Respublikası Prezidenti tərəfinfən "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol