• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda gənc oğlan supermarketdə ÖLDÜ - VİDEO

Bakıda gənc oğlan supermarketdə ÖLDÜ - VİDEO
17.07.2021 14:09
Bakıda supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.


Anews.az xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.


Hadisə ilə əlaqəli sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqiq olunub. Qeyd edilib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gənc səhv masaj edilib.


Səhiyyə Nazirliyinin Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva bildirib ki, təcili tibbi yardım briqadası hadisə yerinə çatan zaman gənc artıq ölübmüş:


"Həkim ora çatan zaman artıq ölüm hadisəsi bioloji olaraq baş vermişdi. O videoda ölən adama ürək masajı edilib. Ətrafdakı şəxslərin təkidi ilə qapalı ürək masajı edilib. O masaj ilk 3-5 dəqiqə ərzində effektiv olur. Təcili yardıma müraciət etdikdən 5 dəqiqə sonra həkimlər ora çatıb. Amma vətəndaş yıxıldıqdan neçə dəqiqə sonra təcili tibbi yardıma müraciət edildiyini bilmirik. Qapalı ürək masajı zamanı, əsasən, zərbə vurulur. Camaatın içərisində olduğu üçün həkim onu edə bilməyib. Onun əvəzinə möhkəm təkan edib, videoya diqqətlə baxılan zaman döş qəfəsinin necə hərəkət etdiyini görmək olar. Məqsəd odur ki, ürəyin içərisindəki qan periferiyaya qovulsun”.


İ.Əliyeva qeyd edib ki, vəfat edən şəxs ürək xəstəsi olub: "Biz həmin şəxs haqqında məlumat topladıq. Məlum oldu ki, o, uşaq vaxtından ürək xəstəsi olub. Dəfələrlə xəstəxanada müalicə alıb, hazırda da poliklinikanın ambulator müalicəsində imiş. Sağlam insanda o cür hal baş verən zaman masaj etdikdə tez effekt almaq olur, amma xroniki ürək xəstələrində belə olmur. Həkim ora çatanda gənc artıq çoxdan keçinib”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol