• $
  • €
  • ₽
  • ₺
  • £

5 yaşlı uşağa əzab verənlərlə bağlı cinayət işi açıldı

5 yaşlı uşağa əzab verənlərlə bağlı cinayət işi açıldı
18.07.2021 12:55
Xəbər verildiyi kimi, paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılıb.

Bu barədə Anews.az Baş Prokurorluqdan məlumat verilib.
Müəyyən edilib ki, 1996-cı il təvəllüdlü Səadət Xasməmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Kamran Tağıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart-iyun ayları ərzində, sonuncu dəfə isə 13.07.2021-ci il tarixdə yaşadıqları evdə narkotik vasitələrin təsiri altına düşərək səbəbsiz yerə aşkar surətdə yetkinlik yaşına çatmayan 2016-cı il təvəllüdlü S.Xasməmmədovanın doğma oğlu Cahid Abdulova güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab veriblər.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

Səadət Xasməmmədova və Kamran Tağıyev cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla istintaqa cəlb ediliblər. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, "Uşaqların hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq azyaşlı uşağın gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ananın valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəməsi qarşısında mülki iddianın qaldırılması təmin ediləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol