• $
  • €
  • ₽
  • ₺
  • £

“Hər gün 10 kişi ilə cinsi əlaqədə olurduq, 50 lirə verirdilər” - Fahişəliyə məcbur edilən qadın

“Hər gün 10 kişi ilə cinsi əlaqədə olurduq, 50 lirə verirdilər” - Fahişəliyə məcbur edilən qadın
19.07.2021 12:24
Xaçmaz rayonundan bir neçə qadını işləmək adı ilə aldadaraq Türkiyəyə aparıb fahişəliyə məcbur edən  62 yaşlı Aynurə Quliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Belə ki, Quliyeva 2017-ci ilin iyun ayında Xaçmaz rayonu Xudat şəhərindəki evində kirayədə yaşayan Gülərə Türkiyənin Merzifon şəhərində iş təklif edib.

Gülər məhkəmədə ifadə verərək deyib ki, Aynurə Quliyeva  ilə öncə Xaçmaz rayonunda çayxanada ofisiant işləyərkən tanış olub. "Aynurə də həmin kafedə aşpaz işləyirdi. Mənə dedi ki, həmin şəhərdə Cəmilə adlı tanışı var, fahişəliklə məşğul olur və buna görə də uşağına baxa bilmir. Mənə təklif etdi ki, Cəmilənin uşağına baxıb günə 10 manat pul alacağam. Mən də razılaşdım, birgə Merzifona getdik. Cəmilə uşağı mənim yanımda qoyub özü gecələr kişilərlə görüşməyə gedirdi. Sonra Aynurə Cəmilədən borca pul götürdü və qaytara bilmədiyi üçün o da fahişəliyə başladı. Bir müddət sonra Aynurə ilə ayrıca kirayə ev tutub birgə fahişəlik edib Cəmiləyə olan borcu yığıb qaytardıq”.

Gülər ifadəsinin davamında qeyd edib ki, bir müddət sonra Aynurə Quliyeva Xaçmaza qayıdaraq kafelərin birində xadimə işləyən Rəvanə və Aygünü də özü ilə Türkiyəyə gətirib  və qızları ı Yavuzun evinə aparıb. Həmin qızlardan da  xarici pasportları alınıb. 

Rəvanə ifadəsində bildirib ki, Yavuzun evinə getdikdən sonra həmin şəxs ora bir neçə kişi dəvət edib.  "Aynurə dedi ki, bu kişilərlə cinsi əlaqədə olmalısınız. Bizim ona 450 manat borcumuz var idi. Biz borcu ödəmək üçün gündə 8-10 kişi ilə əlaqədə olurduq. Amma Aynurə bizə 50 lirə verirdi”, - deyə xanım vurğulayıb. 

Gülər əlavə edib ki, 10 gün onları istismar etdikdən sonra xarici pasportunu alaraq oradan gedib. Lakin Rəvanə ilə Aygün Yavuzun evində qalıb. "Kişilərdən nə qədər pul aldıqlarını bilmirdik. Bəzən mən hansısa kişi ilə cinsi əlaqədə olmaqdan imtina edirdim. Onda Aynurə məni danlayıb fikrimdən daşındırmağa çalışırdı. Bəzən də kişilər bizi bəyənməyib əlaqədə olmurdu. Mən pasportumu alandan sonra Azərbaycana qayıtdım. Aynurə də gələndən sonra ondan Türkiyədə işlədiyimiz vaxt bizi istismar edib aldığı pulları geri qaytarmasını tələb etdik. Aynurə isə pulları qaytarmadı”.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol