• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuzda toyda 3 nəfərin yaralandığı hadisənin təfərrüatı

Tovuzda toyda 3 nəfərin yaralandığı hadisənin təfərrüatı
20.07.2021 12:13
Tovuz rayonunda toyda dava düşüb.

"Qafqazinfo" xəbər verir ki, hadisənin təfərrüatı məlum olub. İnsident iyulun 20-i gecə saatlarında baş verib. Toyda spirtli içki qəbul edən gənclərin bir-biri ilə zarafat etməsi sonda mübahisəyə səbəb olub. 2001-ci il təvəllüdlü Elgün İsmayılov toydan götürdüyü "butılka" ilə tanışı, 1996-cı il təvəllüdlü Fərid Mehdiyevin başından zərbə endirib.

Gənclərin davası bir neçə dəqiqə davam edib, daha sonra onları sakitləşdiriblər və tərəflər bir-birindən ayrılaraq hadisə yerindən uzaqlaşıb.

Daha sonra E. İsmayılovu əvvəlki davaya görə yenidən söhbətə çağırıblar. Bu dəfə 20 yaşlı gənc yol kənarındakı bərbərxanaya daxil olaraq oradan qayçı götürüb. Davam edən mübahisə zamanı isə digər tanışları - 1991-ci il təvəllüdlü Mahir Kərimovla Fuad Hüseynovun hər birini qayçı ilə qarın nahiyəsindən vurub.
Faktla bağlı araşdırma aparılır

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol