Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
![Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI](https://anews.az/photo/850x500/2021-07/1626800593_1626799393_3a1fd88b-7e85-3a50-b853-5d73168b0386_850.jpg)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
![](https://anews.az/file/articles/2021-07/1626800576_1626799396_0a1b6fbe-0afc-3812-a954-dc99a0e1813c.jpg)
www.anews.az
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anews.az-a verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 414 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, bu günə qədər isə ümumilikdə 3 914 819 test icra olunub.
![](https://anews.az/file/articles/2021-07/1626800576_1626799396_0a1b6fbe-0afc-3812-a954-dc99a0e1813c.jpg)
www.anews.az