Toydan çıxan piyadanı maşın vurub öldürdü

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Nəsimikənd sakini Əliyev Bayram Hazarxan oğlu "Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən, ətrafda yerləşən şadlıq evindən çıxan piyadanı vurub.
Hadisə şahidlərinin sözlərinə görə, piyada Ağayrı kənd sakini, 1953-cü il təvəllüdlü İxtiyar Qurbanov avtomobilin qarşısına qəfildən çıxdığından ciddi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli























