Daha üç toyda qaydalar pozuldu - Fotolar
![Daha üç toyda qaydalar pozuldu - Fotolar Daha üç toyda qaydalar pozuldu - Fotolar](https://anews.az/photo/850x500/2021-07/1627235739_screenshot_3.png)
Samuxda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.
Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Araşdırmalar zamanı məlum olub ki, hər üç ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Bundan başqa rayon ərazisində fəliyyət göstərən "Sərin” şadlıq sarayında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 20 nəfər restorana buraxılmayıb.
![](https://anews.az/file/articles/2021-07/1627235652_whatsapp_image_2021-07-25_at_18.45.33.jpeg)
![](https://anews.az/file/articles/2021-07/1627235661_whatsapp_image_2021-07-25_at_18.45.34.jpeg)
![](https://anews.az/file/articles/2021-07/1627235739_screenshot_3.png)
www.anews.az