• $
  • €
  • ₽
  • ₺
  • £

Xaçmazda intihar edən iki məktəbli barədə rəsmi məlumat

Xaçmazda intihar edən iki məktəbli barədə rəsmi məlumat
26.05.2014 10:18
Baş Prokurorluq Xaçmazda iki məktəblinin intihar etməsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, mayın 24-də, saat 20 radələrində Xaçmaz rayonunun Nabran kəndi yaxınlığındakı meşə massivində Xaçmaz şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Vasif Yaşar oğlunun meyitinin ağacdan asılmış vəziyyətdə, təxminən 25 metr aralıda yerdə isə rayonun Hacıqurban-oba kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızının meyiti aşkar olunub. Rayon Polis Şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər. Baxış zamanı hər iki meyitin boyun nahiyəsində stranqulyasiya şırımları və qollarında kəsilmiş yaralar, hadisə yerində isə butulka şüşəsinin qırılmış hissələri aşkar edilib. Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır. İş üzrə ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin olunub. İlkin istintaqla müəyyən edilib ki, V. Quliyevlə N. Tağıyeva Xaçmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil almaqla son bir ildə bir-birilərini seviblər. Lakin 2 ay əvvəl N. Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək barədə sinif yoldaşlarına bildiriblər. Hadisədən bir neçə saat əvvəl V. Quliyev və N. Tağıyeva sonuncunun sinif yoldaşı Amin Əlipaşayevlə qeyd edilən meşə massivinə gediblər. İntihar etmək üçün qollarını şüşə parçası ilə kəsən zaman yanlarında olan A. Əlipaşayev onları bu hərəkətdən daşındırmaq məqsədilə o da öz növbəsində qoluna xəsarət yetirib. Lakin V. Quliyev və N. Tağıyeva aldadaraq onu evlərinə yola salıb, bundan sonra qəti olaraq intihar yoluna əl atıblar. İlkin fərziyyəyə görə V. Quliyev özündə olan bel kəməri ilə əvvəlcə N. Tağıyevanı boğaraq qəsdən öldürüb, daha sonra isə həmin kəmərlə özünü ağacdan asaraq intihar edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol