• $
  • £

“Nar Wi-Fi” ilə sən harada, internet orada!

“Nar Wi-Fi” ilə sən harada, internet orada!
30.07.2021 17:40
Yay günlərində şəhərkənarı evdə istirahət edənlər, yaxud yeni mənzilə və ya ofisə köçənlər, evində ənənəvi internetə qoşula bilməyənlər "Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə edə bilirlər. Olduqları hər yerdə kəsintisiz və keyfiyyətli internetlə əhatə olunmaq istəyənlər sadəcə ruteri özləri ilə götürməlidirlər. Avadanlıq "Nar” LTE şəbəkəsinin əhatə olunduğu hər yerdə internetə çıxış əldə etmək imkanı verir. 


Qeyd edək ki, "Nar Wi-Fi” cihazını abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq  işə düşür. "Nar Wi-Fi” ilə abunəçilərə 20 GB və 50 GB-lıq internet paketləri təqdim edilir.  Bu avadanlıq  sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə çıxış əldə edir. 


"Nar+” tətbiqi vasitəsilə cihazda cari paketin statusunu, hesab balansını yoxlamaq, eyni zamanda balansı artırmaq və yeni "Nar Wi-Fi” paketləri almaq mümkündür. Qurğu və tariflər haqqında daha ətraflı məlumatı https://www.nar.az/nar-wi-fi/ səhifəsindən əldə etmək olar. 


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə 24 yaşlı gənc suda boğularaq ölüb
Cəmiyyət 22:29
Mingəçevirdə 24 yaşlı gənc suda boğularaq ölüb
Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirilib
Cəmiyyət 21:06
Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirilib
Bu gün paytaxtın 544 küçəsi yuyulub
Cəmiyyət 19:19
Bu gün paytaxtın 544 küçəsi yuyulub
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - Video
Cəmiyyət 18:41
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - Video
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:46
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
Cəmiyyət 16:30
Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib
Cəmiyyət 15:36
AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq
Cəmiyyət 14:10
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq
Sabah 38 dərəcə isti olacaq
Cəmiyyət 12:27
Sabah 38 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox