• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağı DAHA YAŞIL bərpa edək!

Qarabağı DAHA YAŞIL bərpa edək!
02.08.2021 16:05
İndi Türkiyənin böyük bir hissəsinin alovlara büründüyü bir vaxtda demək olar ki, hər bir Azərbaycan vətəndaşı qardaş xalqla öz həmrəyliyini nümayiş etdirir.
 
Eyni zamanda xilasedicilərimiz həyatlarını riskə ataraq türkiyəli yanğınsöndürənlərlə çiyin -çiyinə mübarizə aparır, alovları cilovlamağa çalışırlar.
 
Meşələri qəsdən məhv edənləri, heyvanları məhv edənləri, su ehtiyatlarını çirkləndirənləri ... bir sözlə, hər birimizin olan ətraf mühitə ziyan vuranları başa düşmək mümkün deyil.
 
Siyasi baxışlarımızdan asılı olmayaraq heç birimiz başqa bir planetdə yaşamırıq, deməli onlar siyasi rəqiblərinə bu şəkildə zərər verməyə çalışmaqla özlərinə də zərər verirlər.
 
Təəssüf ki, bu gün Türkiyənin üzləşdiyi problem bizim üçün yeni deyil.
 
Təxminən otuz ildir ki, erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar.
 
Ərazilərin davamlı olaraq yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, qiymətli ağac növlərinin kəsilməsi, faydalı qazıntıların amansızcasına çıxarılması, su mənbələrinə və torpağa zəhərli maddələrin atılması, su terroru ...
 
Bütün bunlar onilliklər ərzində Qarabağda baş verirdi, beynəlxalq ictimaiyyət isə bu biabırçılığa, qanunsuz əməllərə biganə yanaşır, yalnız bəzən mənasız bəyanatlar verməklə kifayətlənirdi.
 
Zərərin miqyasını daha yaxşı başa düşmək üçün sizə bir neçə nümunə verəcəyik.
 
Əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. Deməli, işğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib.
 
Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (404,800 kubmetr vs. 175,300 kubmetr).
 
Eldar şamı, qoz, palıd, xurma və s. daxil olmaqla qiymətli ağac növlər ciddi zərər görüb.
 
Karabakh.Center (www.karabakh.center) saytında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki həmkarlarımızın və müstəqil tədqiqatçıların köməyi ilə Qarabağda erməni işğalçıları tərəfindən törədilmiş EKOSİD haqqında bir çox maraqlı faktlar toplamışıq. Həmin faktlarla üç dildə ətraflı şəkildə tanış ola bilərsiniz. Bu məlumatları oxuyun və paylaşın ki, mümkün qədər çox insan bu cinayətlər haqqında həqiqəti öyrənsin.
 
Və nəhayət, ən başlıcası odur ki, indi hər birimizin Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var. Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir.
 
Fondumuz Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək.
 
Siz də bu vacib prosesin bir hissəsi ola bilərsiniz.
 
Bu linkə daxil olmaqla ianə edə bilərsiniz: https://qdf.gov.az/iane-et/
Erməni işğalçılarının Qarabağın ekologiyasına vurduğu ziyanla bağlı məqalələrlə aşağıdakı linklərdə (üç dildə) tanış ola bilərsiniz:
 
AZ:https://story.karabakh.center/az/qarabagda-ekosid
RUS:https://story.karabakh.center/ru/ekotsid-v-karabakhe
ENG:https://story.karabakh.center/en/ecocide-in-karabakh
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol