• $
  • €
  • ₽
  • ₺
  • £

Fransalı jurnalist Azərbaycandan yazdı

Fransalı jurnalist Azərbaycandan yazdı
09.08.2021 19:49
Azərbaycanda səfərdə olmuş fransız tarixçi və jurnalist Alən Rumestanın Fransanın "Causeur” portalında "Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayır” sərlövhəli məqaləsi dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Anews.az-a verilən məlumata görə, xarici səyyahların Azərbaycana gəldikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "Qarabağ, Azərbaycandır!” şüarı yazılmış nəhəng rəqəmsal lövhə ilə qarşılandıqlarına diqqəti çəkən müəllif ötən ilin sentyabr-noyabr aylarında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ona məxsus olan və uzun illər işğal altında saxlanılmış torpaqlarını azad etdiyini xatırladıb.

Müəllif öz məqaləsində Bakı şəhərində məscidlərin, sinaqoqların, pravoslav və erməni kilsələrinin ahəngdar şəkildə fəaliyyət göstərdiyini vurğulayır, işğaldan azad edilmiş torpaqlarda böyük dağıntılar olduğu, minalardan təmizlənmə işlərinin aparılması, Ermənistanın bütün mina xəritələrini verməkdən hələ də imtina etməsi nəticəsində mülki insanların, o cümlədən jurnalistlərin həlak olmasını qeyd edir.

Məqalədə Qarabağda yeni infrastrukturun qurulması, Şuşada artıq bərpa-quruculuq işlərinə başlanılması, müharibə zamanı Azərbaycanın dahi şəxsiyyətləri Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnmiş büstlərinin bura qaytarıldığı, xarici ölkələrdən çoxsaylı nümayəndələrin Azərbaycanın qədim Şuşa şəhərinə səfər etməsi, döyüşlərin izlərinin qaldığı Şuşada olarkən azərbaycanlıların kövrəldikləri, 2010-cu ildən Fransa vətəndaşlığı olan Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın 28 il sonra doğulduğu Qubadlı rayonunun Xanlıq kəndini ziyarət etdiyi, lakin öz ata evinin yalnız izlərini tapdığı, habelə yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmağı, sülh və təhlükəsizlik şəraitində yaşamağı arzuladıqları və sair nəzərə çatdırılıb.

O cümlədən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Fransadakı keçmiş səfiri Elçin Əmirbəyovun və digər şəxslərin fikirlərinə yer verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan fransız tarixçi və jurnalist Alən Rumestanın məqaləsi Fransada yaşayan erməniləri olduqca hiddətləndirib. Ermənilərə məxsus https://www.armenews.com/ saytında yerləşdirilən "İki fransız Azərbaycanı tanıtdırır” sərlövhəli məqalədə iddia edilib ki, Alain Roumestan və Grégory Herpe "bu bölgələrdə lazımi qaydada müşayiət olunur”. Tanınmış jurnalistlərin ünvanına "müntəzəm şəkildə Azərbaycana işlədiyi” və başqa böhtanlar yağdırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol