• $
  • €
  • ₽
  • ₺
  • £

Adı sabiq nazir və millət vəkili ilə hallanan iş adamı SOCAR-ı məhkəməyə verdi – TƏFƏRRÜAT

Adı sabiq nazir və millət vəkili ilə hallanan iş adamı SOCAR-ı məhkəməyə verdi – TƏFƏRRÜAT
11.08.2021 13:52
Qusar rayonunda fəaliyyət göstərən iş adamı Verdixanov Mübariz Eygün oğlu "SOCAR Petroleum” QSC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmənin hazırlıq iclasının bu gün – 11 avqust tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun sədrliyi ilə keçiriləcəyi bildirilir.

Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı açıqlanmayıb.

Verdixanov Mübariz Eygün oğlu ötən il fərdi sahibkar (VÖEN – 4700126292) kimi Qusar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub. Qusar rayon Kommunal Müəssisələri Kombinatından ümumilikdə 59 min manat alan Mübariz Verdixanov daha əvvəl də Qusar və Quba rayonunda fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin də qalibi olub.

Mübariz Verdixanov fərdi sahibkar olmaqla bərabər həm də sabiq millət vəkili Asya Manafova ilə sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri tərəfindən qurulan şirkətlərə də rəhbərlik edir.

22 sentyabr 2008-ci ildə sabiq millət vəkili Asya Manafovanın qardaşı ilə sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov "Safari Bak Upak” adlı şirkət təsis ediblər. Mübariz Verdixanov hazırda Mikayıl Manafov və Lətif Bağırov tərəfindən təsis olunan "Safari Bak Upak” MMC-nin qanuni təmsilçisidir.

Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub. Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Mübariz Verdixanov eyni zamanda 1999-cu ildə təsis olunan "Safari” MMC-nin və 2001-ci ildə təsis olunan "Pioneer” şirkətinin də qanuni təmsilçisidir.
Mübariz Verdixanov 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit götürərək Qusarda illik istehsal gücü 5 min 400 ton olan çörək zavodu tikib.

Qusarda Mübariz Verdixanova məxsus kafe də fəaliyyət göstərir. Ötən il Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin COVID-19 profilaktikasına dair metodiki göstərişlərinə əməl etmədiyi üçün Mübariz Verdixanovu cəriməliyib. Bundan başqa 2 il əvvəl Mübariz Verdixanov ona məxsus ərzaq mağazasında baş verən yanğınla da gündəmə gəlib. (yeniavaz)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol