Lənkəran rayonunda azyaşlı eyvandan yıxılaraq xəsarət alıb. Rayonun Gəgiran kəndində 2019-cu il təvəllüdlü Gündüz Rasim oğlu Hadıyev eyvandan həyətə yıxılıb. Kəllə-beyin travması alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.www.anews.az