• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP üzvü Aqil Hümbətov saxlanılıb

AXCP üzvü Aqil Hümbətov saxlanılıb
12.08.2021 14:40
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov hansısa cinayət əməli çərçivəsində saxlanılıb.

Bunu onun həyat yoldaşı Aygün Hümbətova deyib.

Onun sözlərinə görə, avqustun 11-də Aqil Hümbətov evə gəlib şam yeməyini yeyib, gedib və geri qayıtmayıb.

Gecə Xəzər rayon Polis İdarəsindən həyat yoldaşına zəng edib bildiriblər ki, fəal saxlanılıb. 

"Lakin Aqili nə də şübhəli bildiklərini demədilər”, - deyə həyat yoldaşı qeyd edib.

DİN-nin mətbuat xidmətindən Aqil Hümbətovun saxlanılmasını təsdiq ediblər. "O, avqustun 11-də Zirə qəsəbəsində yerli sakin Yamən Məmmədova şəxsi münaqişə zəminində bıçaq zərbələri vurması səbəbindən saxlanılıb. Hazırda istintaq aparılır”, - deyə qurumdan bildiriblər.

Aqil Hümbətov əvvəllər də təqibə məruz qalıb. 2019-cu ilin mart ayında o siyasi səbəblərdən işdən azad edilməsinə görə rəhbərliyə videomüraciətlə şikayətindən sonra 15 sutkalıq həbs edilmişdi.

2020-ci ilin mart ayında analoji videomüraciətdən sonra Aqil Hümbətovu Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndəriblər və o üç ay sonra ordan çıxıb. (turan informasiya agentliyi)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol