Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 63 547 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 960 nəfər təşkil edib.
www.anews.az
























