• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA 9 müəssisədə qanun pozuntuları aşkarlayıb

AQTA 9 müəssisədə qanun pozuntuları aşkarlayıb
21.08.2021 17:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 20 avqust tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 683 monitorinq keçirilib.

Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 126 ünvanında yerləşən, fiziki şəxs Hacımuradov İlqar İsrafil oğluna məxsus kafe;
2. Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Şərifzadə Nadir İlqar oğluna məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov 11 d ünvanında yerləşən, fiziki şəxs Həsənov Əliəşrəf Həmid oğluna məxsus "Zeytun Bağı” restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, 28 May, 13 m ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Həmid Abbas oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, V.Çəmənzəminli 14 ünvanında yerləşən, fiziki şəxs Həmidli Həmid Zabil oğluna məxsus "Beer Majlis” kafesi;
6. Bakı şəhəri, Yasamal rayonu, Bağırova 2 A ünvanında yerləşən, fiziki şəxs Haciyev Aslan Namiq oğluna məxsus "Pizza Mizza” kafesi;
7. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən, hüquqi şəxs "İmpeks-Musa" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
8. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Buzovna-Mərdəkan yolunda yerləşən, fiziki şəxs Hüseynov Zəlimxan Kərim oğluna məxsus restoran;
9. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Tağıyev Elxan Möhübbət oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləribarədə ən sərt tədbirlər görüləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol