• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə nazirinin gətirdiyi rəqəmlər Operayiv Qərargahın statistikasına uyöun gəlmir

Səhiyyə nazirinin gətirdiyi rəqəmlər Operayiv Qərargahın statistikasına uyöun gəlmir
22.08.2021 23:37
"Biz digər ölkələrə baxanda heç də peyvəndi inkar edən ölkələr sırasında deyilik”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"də yayımlanan "Mir Şahinin vaxtı” verilişinə müsahibəsində deyib.

Nazir müavini qeyd edib ki, dırnaqarası ekspertlər, bəzi ictimai fəallar, xadimlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində insanları peyvəndlənmədən kənarlaşdırmaqla məşğuldurlar:

"Reanimasiya şöbələrində dünyasını dəyişən insanların ölümündə həmin insanların məsuliyyəti və əli var. Bu, bir cinayətdir”.
 

T.Musayevin sözlərinə görə, indiyədək əhalinin 35%-i tam (hər iki dozu alıb-red.) peyvəndlənib:

"60-70 faizə yaxınlaşsaq, yoluxmanın sürətinin qarşısını alacağıq. Hazırda xəstəxanalara yerləşdirilənlərin 96 faizi peyvənd almayan insanlardır. Reanimasiyada yatanların 98 faizi peyvənd olunmayanlardır. Hətta peyvənd olunub reanimasiyaya düşənləri də təhlil edirik. Neqativ hallar da baş verir – saxta COVID pasportu, peyvənd sertifikatı əldə edən insanlar olub. Onların arasında onlar da var. Tam əminliklə deyə bilərəm ki, peyvənd olunanların heç biri reanimasiyada süni tənəffüs aparatına qoşulmayıb”.
 
Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın  məlumatına görə, Azərbaycanda 22 avqust 2021-ci ilə 2,457.233 nəfər ikinci doz vaksin olunub. Bu da əhalinin 25% edir. Bir doz vaksin edənlər isə cəmi vaksin olunanların 37%-ni təşkil edir. 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol