• $
  • €
  • ₽
  • ₺
  • £

“İkinci doza “Sinovac”dan altı ay keçibsə, üçüncü doza vurulmalıdır”

“İkinci doza “Sinovac”dan altı ay keçibsə, üçüncü doza vurulmalıdır”
25.08.2021 22:16
Bir neçə gündür ki, ölkəmizdə koronavirusa yoluxma və ölüm sayının artması ilə bağlı əhalinin peyvəndlənməsi haqda həkimlər tərəfindən vətəndaşlara çağırışlar edilir. Mütəxəssislər pandemiyanın bitməsi üçün 70-80 faiz civarında insanın vaksinasiyadan keçməsinin zəruriliyini vurğulayırlar.

Səhiyyə nazirinin müavini Teymur Musayevin sözlərinə görə, ölkədə hər iki doza almış vətəndaşların sayı 35 faizdir. 

Operativ Qərargahın sonuncu brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva isə bildirib ki, hazırda reanimasiyaya düşən xəstələrin 96 faizi peyvənd olunmayanlardır. Həmçinin, o qeyd edib ki, süni tənəffüs aparatına qoşulanların da 97 faizi vaksin vurulmayanlardır:

"Vəfat edənlər arasında 99 faiz vaksin olunmayanlar aşkarlanır. Vaksinasiyadan keçmiş şəxslərin 0,6 faizində kritik vəziyyət müşahidə edilib”.

"Qafqazinfo” peyvəndlənmənin əhəmiyyəti ilə bağlı Türkiyədə yaşayan və koronavirusla mübarizədə ön cəbhədə mübarizə aparan həmyerlimiz, Hacettepe Universiteti Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulovanın fikirlərini öyrənib. O, gündəlik təcrübədə rastlaşdığı hallarla bağlı suallarımızı cavablandırıb. 
T.Rəsulova qeyd edib ki, yeni variantların ortaya çıxmağı ilə yoluxma halları artır:

"Çünki hazırda xəstələrin hamısı "Delta” ştamı ilə yoluxmuş gəlir. Bu ştamın yoluxuculuğunun "Alfa" ilə müqayisədə 60 faiz daha çox olmasına baxmayaraq, Türkiyədə nisbətən effektiv peyvəndlənmə sayəsində mart ayındakından daha az yoluxma görürük.

Mənim şəxsən reanimasiyada qəbul etdiyim yaşlı və xroniki xəstəlikləri olan xəstələr əgər peyvəndlidirlərsə, gənc və xroniki xəstəliyi olmayan xəstələrdən daha müsbət kliniki nəticə göstəriblər. Reanimasiyaya düşən xəstələrin 95 faizdən çoxu vaksinasiya olunmayanlardır. Şəxsən qəbul etdiyim xəstələr içində peyvəndli olub vəfat edəni olmayıb".

Onun sözlərinə görə, əgər ikinci doza "Sinovac" vaksininin üstündən altı ay keçibsə, üçüncü doza vurulmalıdır:
"Çünki bu müddət ərzində peyvəndin qoruyuculuğu xeyli azalmış olur. Bu yaxınlarda Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca da açıqladı ki, üçüncü doza "Sinovac" vaksini vurduranlarda çox yüksək qoruyuculuq qabiliyyəti yaranıb.

Qeyd edim ki, peyvəndlərin hamısı qoruyucudur. Burada əsas lazım olan dozanı almaqdır. "Pfizer" vaksinini "Sinovac"la müqayisədə daha qoruyucu hesab etmək olar. Ancaq iki doza "Biontech" alanlarla üç doza "Sinovac" alanlar arasında qoruyuculuq yaxındır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol