• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərə əsir düşən Cəmil Babayev kimdir? - Qısa arayış

Ermənilərə əsir düşən Cəmil Babayev kimdir? - Qısa arayış
27.08.2021 11:36
Ermənistan tərəfin əsir götürdüyünü iddia etdiyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu  bir ildir ki, müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. N saylı hərbi hissədə xidmət edən Cəmil Babayevin anası da həmin hərbi hissənin camaşırxanasında işləyir. Cəmil Babayev Goranboy rayonu "1 may" kəndindəndir, bu barədə Anews.az-a onun ailə üzvləri məlumat verib.

Ermənistan mətbuatının yazdığına görə, Cəmil Babayev avqustun 25-də Ağdərə şəhərinin Teryan küçəsində yerləşən mənzildə yaxalanıb və qondarma Daqlıq Qarabağ respublikasının Milli Təhlükəsizlik Xİdmətinə təhvil verilib. O,  casusluq etmə, Qondarma Dağlıq Qarabağ Respublikası sərhədini qanunsuz keçmə və azyaşlı uşaqları ölümlə hədələmədə günahlandırılır. Ona qarşı cinayət işi qaldırılıb. 

Azərbaycan Müdafiə nazirliyi isə bildirir ki,  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Onun barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib. 
 
Cəmil Babayevin hazırda harada saxlanması və durumu barədə hələlik məlumat verilmir. 
 

Rafiq Şahbazov






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol