• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell dahi Nizami yaradıcılığını əks etdirən xüsusi bir əlifba dizayn etdi

Azercell dahi Nizami yaradıcılığını əks etdirən xüsusi bir əlifba dizayn etdi
01.09.2021 12:45
Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına əsasən "Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC də bu istiqamətdə təşəbbüslə çıxış edərək maraqlı bir layihə gerçəkləşdirib. Şirkət dünya ədəbiyyatının ən görkəmli klassiklərindən biri olan Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn edib. Nizami yaradıcılığını əks etdirən əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir. 

Maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri dahi Nizaminin "Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, "A” hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, "B” hərfi "Yeddi gözəl” poemasındakı Sasani hökmdarı Bəhramı, "F” hərfi isə məşhur Fitnəni, "İ” hərfi qüdrətli sərkərdə İskəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib. 

Nizami irsini əks etdirən əlifbadan istifadə edərək xüsusi dizayn olunmuş bu hərflərdən müxtəlif sözlər ərsəyə gətirib sosial şəbəkələrdə paylaşmaq mümkündür. Bunun üçün sadəcə https://www.nizami880.az/saytına daxil olmaq kifayət edir. Əlifbanın hərflərini, həmçinin  WhatsApp, Telegram, Facebook, Instagram kimi sosial şəbəkələrin "gif” bölməsində "Nizami880” və ya "Azercell” açar sözlərinin köməyilə, Telegram tətbiqinin "stiker” bölməsində isə https://t.me/addstickers/azercell linki vasitəsilə əldə etmək olar. 

"Azercell Telekom” MMC "Nizami ili” boyunca məşhur klassikə həsr edilmiş müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkətin sosial şəbəkə hesablarında mütəmadi olaraq Nizami Gəncəvinin şeirlərindən parçalar və nəsihətamiz kəlamları paylaşılıb, şairin yaradıcılığını əks etdirən müsabiqələr keçirilib. 
Bu yaxınlarda isə Azercell ilə əməkdaşlıq çərçivəsində TikTok-da geniş izləyici kütləsi olan @alex.ivanchak Rubik kubları vasitəsilə dahi mütəfəkkirin möhtəşəm portretini yaradıb. Portretin yaradılmasında 400 kubdan istifadə edilib. 

https://www.facebook.com/azercell/posts/10158872270558303 

"Nizami ili” ilə bağlı yeniliklər və xəbərlər bununla bitmir. Azercell abunəçiləri üçün gələcəkdə müxtəlif hədiyyəli müsabiqələr və kampaniyalar hazırlamaqda davam edir. Odur ki, sosial şəbəkələrdə ölkənin lider mobil operatorunun səhifələrini izləyin.

https://www.facebook.com/azercell/posts/10158877146958303



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol