Deputata külli miqdarda borc verən BDU-nun müəllimi vəfat etdi
01.09.2021 21:14
BDU-nun baş müəllimi vəfat edib.
"Qafqazinfo” xəbər verir ki, universitetin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Xatirə Nəcəfova dünyasını dəyişib.
Qeyd edək ki, X.Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verməsi ilə yadda qalıb.
Belə ki, sabiq deputat müəllimdən külli miqdarda borc alaraq qaytarmamışdı. Məsələnin ictimailəşməsindən sonra isə o, mandatından imtina etməli olmuşdu.