• $
  • €
  • ₽
  • ₺
  • £

Avqustda minadan təmizlənən ərazilərin sahəsi 6,4% azalıb - ANAMA

Avqustda minadan təmizlənən ərazilərin sahəsi 6,4% azalıb - ANAMA
02.09.2021 10:04
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu ilin  avqustunda  işğaldan azad edilmiş ərazilərilərin 634 hektarını mina və hərbi sursatlardan təmizləyib, bu da iyul ayının göstəricisindən 43 hektar azdır,  bu barədə qurumun icra olunan əməliyyatlar barədə anews.az-a  daxil olan avqust hesabatında göstərilir.  
 
"2021-ci ilin avqustunda mina təmizləyənlər tərəfindən 455 piyada və 70 tankəleyhinə mina, həmçinin 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlayaraq zərərsizləşdirib. İyulda bu göstəricilər uyğun olaraq 545, 85 və 625 ədəd təşkil edib", - deyə hesabatda bildirilir. 
 
Hesabata görə, ANAMA əsasən  Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında mina və hərbi sursatların zərərsizləşdirmə əməliyyatlarını aparıb,  634 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

2020-ci il noyabrın 10-dan cari il avqustun 31-ə kimi isə həmin ərazilərdən ümumilikdə,  9460 piyada əleyhinə mina, 4092 tank əleyhinə mina və 10529 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Ümumilikdə  4575 hektar ərazi  mina və PHS-lərdən təmizlənib.


 
Ləman Qasımova



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol