Bu şəxslərə 1600 mənzil verilib

Səhid ailələri və müharibə əlillərinə 2021-ci ilin planı daxilində 1600 mənzil verilib, bu barədə anews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.
www.anews.az
"2014-2019-cu illərdə uçota alınmış şəxslər, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı şəhid olanların ailələri və bu müharibə əlilləri 5 il ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunacaq. Ötən dövrdə artıq 11 minə yaxın (10 800) mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunub", - deyə qurumdan bildirilib.
Prezidenti İlham Əliyevin 25 avqust 2021-ci il tarixli "Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı isə "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsinə hüquq yaradır.
Ləman Qasımova
www.anews.az
























