• $
  • €
  • ₽
  • ₺
  • £

“Kişi dövləti”nin qurucusunu Azərbaycanla sərhəddə tutdular

“Kişi dövləti”nin qurucusunu Azərbaycanla sərhəddə tutdular
03.09.2021 10:51
Rusiyada özünü "Kişi dövləti”nin qurucusu adlandıran Vladislav Pozdnyakov saxlanılıb. virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, onu Azərbaycan sərhədini keçərkən tutublar. Bu haqda məlumatın mənbəyi "Pozdnyakov” Telegram-kanalının inzibatçılarından biridir.

"Bundan artıq informasiya verə bilmərəm. Nəsə məlum olsa biz burada dərc edəcəyik”,-məlumatda deyilir.

Pozdnyakovun Azərbaycanla sərhədin məhz hansı sahəsində saxlanıldığı göstərilmir, amma onun saxlanılmasının mümkün səbəblərindən biri telefon terrorçuluğu ittihamı ola  bilər. Bu haqda lenta.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir. Mənbələr deyiblər ki, Pozdnyakov barədə "Tanuki” restoranlar şəbəkəsinin nümayəndələri polisə şikayət ərizəsi veriblər. Onlar hesab edirlər ki, "Tanuki” restoranlarına bomba qoyulması barədə yalan məlumatın verilməsinin mənbəyi məhz Pozdnyakov ola bilər.

Bu məlumat  Federal Təhlükəsizlik Xidmətinə avqustun 30-da daxil olub. Məlumatda deyilirdi ki, bütün "Tanuki” restoranlarına partlayıcı qoyulub. Məlumat "Mariya Pavlova” adında istifadəçinin elektron poçtundan daxil olmuşdu.

Bundan əvvəl isə Pozdnyakov "Tanuki” restoranlar şəbəkəsinin sosial şəbəkə hesablarından bütün qaradərili modellərin fotolarının və LGBT simvollarının silinməsini tələb edib. Habelə restoranlar şəbəkəsinə süni şəkildə elektron sifarişlər yağdırılıb, şirkətin saytı çöküb,  şirkət məcbur olub ki, nəğd hesablaşmanı dayandırsın. "Tanuki” rəhbərliyi Pavel Durovdan və "Roskomnadzor”dan Telegram-dakı "Kişi dövləti” hesabını bağlamağı xahiş edib.

"Kişi dövləti” Vladislav Pozdnyakov tərəfindən 2016-cı ildə "Vkontakte” sosial şəbəkəsində qapalı qrup şəklində yaradılıb. Qeydiyyata alınmayan və patriarxat, millətçilik ideyalarını təbliğ edən hərəkatdır. Fəaliyyəti əsasən internet mühitində qurulub. Qrup qadınları təhdid və təqib edir, onların sosial şəbəkə hesablarına hücum edir, LGBT nümayəndələrini qısnayır. 2020-ci ildə "Vkontakte” administrasiyası "Kişi dövləti”ni bağlayıb. Daha sonra ekstremist qruplaşma Telegram-a keçib.

2018-ci ildə Pozdnyakov qadınlara qarşı təhqiramiz hərəkətlərinə görə 2 il şərti həbs cəzası alıb, 2019-cu ildə hərəkatın 4 üzvü ekstremist fəaliyyətə görə məhkum edilib. Pozdnyakovun Telegram-kanalının 80 minə yaxın izləyicisi var.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol