• $
  • €
  • ₽
  • ₺
  • £

Əzizovların adından dələduzluq edən şəxsdən XƏBƏR VAR

Əzizovların adından dələduzluq edən şəxsdən XƏBƏR VAR
04.09.2021 11:49
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

Anews.az xəbər verir ki, Səbail, Yasamal, Nəsimi rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının baş müdiri olan Aydın Əzizovun keçmiş sürücüsü Həsən Zöhrəbəyov Əzizovlarla qohum olduğunu deyərək vətəndaş Gülnarə Vəliyevaya övladlarını işə düzəldəcəyi vədini verib. O, bunun qarşılığında G.Vəliyevadan 13350 manat pul alıb.

Həsən Zöhrəbəyov Gülnarə Vəliyevanın qohumu Lalə İsmayılovanın oğlunu hərbi xidmətdən saxlatdırmaq vədi ilə isə sonuncudan 4 min manat alıb. Daha sonra Həsən Zöhrəbəyov yoxa çıxıb və xanımların zənglərinə cavab verməyib.

Hadisə ilə bağlı zərərçəkənlərin şikayəti əsasında başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib. Gülnarə Vəliyeva və Lalə İsmayılova ilə yanaşı, Aydın Əzizov da iş üzrə zərərçəkən qismində tanınıb.

Aydın Əzizov Bakıda 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri vəzifəsini icra edir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol