• $
  • €
  • ₽
  • ₺
  • £

"Zəfər günü" ölkədə əfv sərəncamı ola bilərmi? - AÇIQLAMA

"Zəfər günü" ölkədə əfv sərəncamı ola bilərmi? - AÇIQLAMA
10.09.2021 14:44
Hüquq müdafiəçiləri 8 noyabr Azərbaycanda "Zəfər günü" kimi qeyd olunması münasibətilə məhbusların azadlığa çıxması üçün ölkə prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb, bunu anews.az-a açıqlamasında hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
 
 "Şuşa azad olunduqdan sonra Azərbaycanda ilk dəfə 8 noyabr "Zəfər günü" kimi qeyd ediləcək. Biz hüquq müdafiəçiləri ölkə prezidentinə qələbə günü münasibətilə əfv sərəncamının verilməsi üçün məktub ünvanlamışıq. Düşünürük ki, bu humanitar addımımız müsbət qarşılanacaq. Pandemiya şəraitini  nəzərə alsaq məhbusların azadlığa çıxması çox gözəl təşəbbüs olar. Hətta ölkədə amnistiya təşəbbüsünün Mehriban Əliyevanın irəli sürdüyünü nəzərə alıb ona da ayrıca müraciət ünvanlamışıq", - deyə Novellla Cəfəroğlu bildirib. 
 
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, yaxın zamanda əfv sərəncamının veriləcəyini düşünmür. 

"Əfvlə bağlı sərəncamın verilməsi birbaşa prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Komissiya gündəlik müraciətləri qəbul  və emal  emal edir, müxtəlif qurumların rəylərini alır. Hər bir müraciətlə bağlı arayış hazırlanır. Hazırda Əfv komissiyasında iclaslar keçirilmir. Ötən ilin martında Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı həm də Azərbaycanın qələbəsinə həsr olunmuşdu. Komissiyada müraciətlərin baxılması saydan asılı olaraq bir ay bəzən iki ay müzakirə edilir. Yaxın zamanda belə bir gözlənti olacağını düşünmürəm, amma hər an prezident belə bir qərar verə bilər",  deyə Nuriyev qeyd etdi.

 Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirir ki,  8 noyabr "Zəfər günü"ndə əfv sərəncamının verilməsi  arzu olunandır.

"Sayca 67 dəfə əfv sərəncamının verilməsi o anlama gətirir ki,, dövlətin barış, humanizm xətti, cəmiyyətin isə ona inam mövqeyi çox vacibdir. Ötən il Novruz bayramı ərəfəsində prezidentin sərəncamı ilə sayca ən böyük ikinci əfv prosesi reallaşıb.  Şuşanın azad olunduğu gün hətta bir məhbus belə azadlığa çıxsa bu çox yaxşı hadisə olardı və belə ənənə formalaşardı. Son vaxtlar mənə və Milli Məclisin İnsan Hüquqları Komitəsinə daxil olan məktubları incəliyəndə insanların əksəriyyətinin bu istəkdə olduğu bilinir. Amma bütün hallarda Əfv komissiyası prosesə öncədən hazırlaşır. 7 qurumdan rəylərini toplayır. İstərdim ki, bu müraciətlərlə bağlı online platforma yaradılsın və müraciətlər ordan həyata keçirilsin.Bu məsələdə komissiya sadəcə öz istəyini bildirə bilər, əfv sərəncamının verilməsi üçün komissiyanın mövqeyi bir rol oynamır. Bunun üçün prezident İlham Əliyevin sərəncamı olmalıdır",-  deyə millət vəkili bildirib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini əsasən əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətlərinə aiddir. Sonuncu dəfə prezidentin 2020-ci il 6 aprel tarixli sərəncamı ilə 625 məhbus azadlığa çıxıb. 
 
Məsələ ilə bağlı Ombusman aparatına müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, hazırda bu mövzü ilə bağlı müzakirələr aparılır. Nəticəsi barəsində məlumat veriləcək. 

 

Gülnar Nazimqızı

 

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.

QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol