• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil tələbə kreditləri bu halda veriləcək

Təhsil tələbə kreditləri bu halda veriləcək
17.09.2021 10:49
Təhsil Tələbə Kredit fondu cari il ərzində  40 min tələbəyə kredit verilməsini nəzərdə tutur.
Bunu elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" təlimində  pandemiya dövründə təhsilin inkişafı və əlçatanlıq istiqamətində həyata keçirilən tədbirlər  mövzusunda  çıxışında bildirib.

Kredit həm bakalavr, həm də magist təhsili alan tələbələrə verilməsi planlaşdırılır.
 
" Bu ildən başlayaraq təhsilin əlçatımlı olması ilə bağlı yeni kredit sistemi yaradılıb. Bizim artıq təhsil tələbə fondumuz yaradılıb. Artıq kredit vermə prosesi ilə bağlı qaydalar müəyyənləşib. 80 milyon manatlıq nizamnamə fondu təşkil edilib",-deyə şöbə müdiri əlavə edib.
 
Kreditin 2 növü mövcuddur: sosial tələbə kredit növü və standart tələbə kredit növü. Fərqləri isə ondan ibarətdir ki, hər bir kredit növünün öz tələbə kateqoriyası vardır. Ünvanlı sosial yardım alan ailələrin üzvü olan və əlillik dərəcəsi olan tələbələr sosial tələbə kredit növünə aid olan kreditlərdən istifadə edə biləcəklər. Digər tələbələr isə standart tələbə kredit növündən yararlana biləcəklər. Bütün ali təhsil və orta ixtisas təhsil müəssisələrində əyani və ödənişli təhsil alan tələbələrin bu kredit növlərindən yararlanması nəzərdə tutulmuşdur.
 
Standart tələbə kredit növündə əgər sizin smestr imtahanlarında ki ortalama qiymətinizin 91 baldan yuxarı olarsa faizlər hesablanmayacaqdır. Sosial tələbə kredit növündə isə bu bal 71 olaraq nəzərdə tutulmuşdur. Bütün smestrlər üzrə isə sosialda 50% güzəşt , standartda isə 25% güzəşt nəzərdə tutlmuşdur. Əgər  akademik borc varsa  kredit verilməyəcəkdir.
 
İstər dövlət, istərsədə özəl universitetlərdə də təhsil alan tələbələr kredit növlərindən yararlana biləcəklər.
"Təhsil Tələbə Kredit fondu 1-ci kurslar üçün  keçid ballarına uyğun kredit verir, növbəti mərhələlərdə isə ÜOMG nəzərə alınır. Əgər proses ləngiyibsə və ilk ödənişi özü ödəyibsə kredit alandan sonra həmin ödəniş tələbəyə geri qaytarılacaq",-deyə Nicat Məmmədli əlavə edib.
 
Tələbə Təhsil Kredit Fondu üçün portal.edu.az ilə müraciət edə bilər.


Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol