• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan Azərbaycana dörd dəfə “İskəndər” atıb” - Erməni ekspert

“Ermənistan Azərbaycana dörd dəfə “İskəndər” atıb” - Erməni ekspert
17.09.2021 21:27
Erməni hərbi ekspert Van Ambarçumyan 2020-ci ilin Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi ilə bağlı Ermənistanın yalanlarını ifşa edib.

"Qafqazinfo” xəbər verir ki, hərbi ekspert  "Budrooo news” yutub kanalında Armen Qriqoryan ilə müsahibəsi zamanı bir sıra maraqlı faktların üstünü açıb.

O, 2020-ci ilin iyul ayında baş verən hadisələrdən danışarkən bildirib ki, Ermənistanın Azərbaycanın xüsusi təyinatlılarının "UAZ” markalı maşın ilə bu ölkənin dövlət sərhədini pozmağa cəhd etməsi ilə bağlı iddiasına görə ölkəsinin adına utanc hissi keçirib.

"Azərbaycanın xüsusi təyinatlıları nəyə görə gündüz vaxtı adi "UAZ” ilə hər hansı cəhd etmək istəsin ki? O hadisələrin təşəbbüskarı Ermənistan oldu. Ağlıma yalnızca bir fikir gəlir: hazırkı rəhbərlik göstərməyə çalışdı ki, 2016-cı ildə hektarlarla torpaq itirən əvvəlki rəhbərlərdən fərqli olaraq yalnızca irəli hərəkət edirlər və geri çəkilmirlər. Əslində isə azərbaycanlı hərbçilər sadəcə öz nəzarətləri altında olan ərazilərdə patrul həyata keçirirdilər. Ermənistan tərəfi isə bu "UAZ”ı atəşə tutmağa başladı. Nəticədə isə, o yandı”, - deyə ekspert qeyd edib.
Hərbi ekspert, həmçinin vurğulayıb ki, vəziyyəti kəskinləşdirmək münaqişədə açıq-aydın zəif tərəf olan Ermənistanın maraqlarına uyğun deyildi. Lakin Ermənistan tərəfi bu addımı atdı: "O zaman mən bunu bilirdim, lakin deyə bilmirdim, məni başa düşməzdilər”.
Van Ambarçumyan bildirib ki, Ermənistan tərəfi həmin dövrdə İsrail istehsalı olan və istənilən hava şəraitinə uyğun taktiki pilotsuz uçuş aparatı "Hermes-900”u vuran dünyada ilk ölkə olduqlarını iddia edəndə də utanc hissi yaşayıb. Ermənistan tərəfi o zaman iddia edirdi ki, sözügedən dronu "OSA-AK” zenit raket kompleksinin köməkliyi ilə vurub:

"İnformasiya müharibəsi aparmaq istəyirsinizsə, bunu etməyi bacarın. Bu məlumat tamamilə yalandır. Pilotsuz uçuş aparatı 9100 metr hündürlükdə uçur. Bu aparat vurulması çətin olsun deyə xüsusi olaraq layihələndirilib. "OSA-AK” zenit raket kompleksinin maksimum zərbə hündürlüyü 5000 metr təşkil edir. Düşünürəm ki, başqa nəsə demək əhəmiyyət kəsb etmir. Onlar özlərini gülünc vəziyyətə salıblar”.
Hərbi ekspert, həmçinin ölkə rəhbərliyini Rusiyanın "Su-30SM” təyyarələrini almasına görə kəskin tənqib edib: "Mən deyirdim ki, nəyi idarə edə bilirlərsə, onu almaq lazımdır. Bu təyyarəyə 120 milyon dollar xərclənib. Bu dövlətin piarı üçün edilmişdi. Çünki o vaxt Ermənistanın ilk dəfə qırıcı təyyarə alması barədə çox danışılırdı”.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən danışan erməni ekspert Ermənistanın Azərbaycanın Xankəndini və dinc sakinləri bombardman etməsi ilə bağlı bütün iddialarını yalanlayıb. O bildirir ki, Azərbaycan istəsəydi, Xankəndinin əsas meydanındakı "hökumət binaları”nı asanlıqla vura bilərdi: "Onlar nəinki Qarabağda, hətta İrəvandakı hədəfləri vura bilərdilər”.

Hərbi ekspert əlavə edib ki, Ermənistan 4 dəfə "İskəndər” taktiki raket kompleklərindən istifadə edib:

"Onlar iki dəfə Şuşaya, iki dəfə Bakı istiqamətində atəş açıblar. Lakin raketlərin qarşısı Azərbaycan tərəfindən alınıb və məhv edilib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol