Cəlilabadda qəlyan xidməti göstərən məkan aşkarlanıb

Müştərilərə qəlyan xidməti göstərən "playstation” aşkarlanıb.
Daxili işlər nazirliyinin yaydığı məlumata görə,Azərbaycanda elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
www.anews.az
Daxili işlər nazirliyinin yaydığı məlumata görə,Azərbaycanda elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki "Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
İş Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























