• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən əməliyyat- Lənkəranda narkotacir qardaşlar saxlanılıb

DİN-dən əməliyyat- Lənkəranda narkotacir qardaşlar saxlanılıb
18.09.2021 10:29
Lənkəranda qardaşlar külli miqdarda heroin və "patı” ilə saxlanılıblar

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan anews.az-a verilən məlumata görə,Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 13 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
 
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evin həyətində əkərək kultivasiya yolu ilə yetişdirdiyi, yaş halda çəkisi 44 kiloqramdan artıq olan 170 ədəd narkotik xassəli çətənə kolları, həyətdəki yardımçı tikilidə gizlətdiyi bir ədəd bağlamada isə 4 kiloqram 685 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qardaşlar saxlanılıb. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan Lənkəran şəhər sakinləri Rustam Rəhmənov və qardaşı Elşən Rəhmənovun üzərindən ümumilikdə 2 kiloqramdan artıq heroin, 500 qrama yaxın metamfetamin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. 

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər rayon sakini – Taleh Əmrahov, Elvin Xəlilov, Emin Rzayev, Nəsib Mirverdiyev, Artur İbrahimov, Şöhrətdin Babayev, Polad Cavadov, Vüqar Əliyev, Etibar Əliyev və Mərdan Xuriyev salanılıblar. Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin, həmçinin elekron tərəzilər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol