• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda saxta COVID-19 pasportu satanlar yaxalanıb

Lənkəranda saxta COVID-19 pasportu satanlar yaxalanıb
21.09.2021 12:39
Daxil olan məlumat və aparılan yoxlamalar nəticəsində pul müqabilində bəzi vətəndaşların saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayon sakini Sadiq Şərbətovun vətəndaşlara vaksin vurulmadan saxta COVID-19 pasportu təşkil etməsi barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun 3 nəfərə saxta COVID-19 pasportu satışını təşkil etməsi müəyyən edilib. 
S.Şərbətov həmin 3 nəfərin birinci doza peyvənd vurulmasının qeyd olunmasından ötrü şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir Əliyevə göndərib. M.Əliyev də öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə göndərərək COVİD-19 pasportlarının hazırlanmasını təşkil edib.

M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini "Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanmış saxta COVID-19 pasportlarının fotoşəkillərinin geri göndərilməsi müəyyən edilib. 
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol