Azərbaycanda həkim ər-arvad COVID-19-a yoluxdu - Qadın öldü - FOTO

Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub, bu barədə anews.az-a Lənkəran Mərkəzi xəstəxanasından məlumat verilib.
Məlumata görə həkim-otorinolarinqoloqu Şəlalə Əmənullayev 55 yaşında müalicə aldığı Masallı xəstəxanasında dünyasını dəyişib.
Şəlalə Əmənullayevə 1997-ci ildən LOR həkimi kimi çalışıb. O, Lənkəran Tibb Kollecinin direktoru, uşaq cərrahı İqbal Əmənullayevin həyat yoldaşı olub.
İqbal Əmənullayev də COVİD-19-a yoluxub. Lakin o müalicə alaraq sağalıb.

Gülnar Nazimqızı

Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























