• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə şənbə günləri əlavə dərslər salınsın – TƏKLİF

Məktəblərdə şənbə günləri əlavə dərslər salınsın – TƏKLİF
23.09.2021 11:42
"Bu, bir reallıqdır ki, bizim ötən il təhsildə müəyyən itkilərimiz oldu. Bu itkilərin bərpası üçün biz maksimum çalışmalıyıq.Məsələn, şənbə günlərində əlavə dərs saatları salına bilər. Mən şənbə günü tədrisin olması ilə bağlı ümumi tətbiqdən söz açmıram, sadəcə əlavə dərslərin salınmasını təklif edirəm”.
 
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Baş nazir Əli Əsədovun sentyabrın 22-də imzaladığı qərarla "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” müəyyənləşib.

Ceyhun Məmmədov həmin qərarın məktəblərdə yoluxmanın aradan qaldırılmasına hesablandığını bildirib, bununla belə əlavə edib ki, maksimum şəkildə ehtiyatlı olmaq lazımdır.

"Çünki yoluxmaların sayının artma ehtimalı ola bilər. Çalışmalıyıq ki, vaksinasiyadan keçməyən şəxslər peyvənd olunsun və müəyyənləşdirilən gigiyenik qaydalara, normalara hər kəs əməl etsin”, - deyə Ceyhun Məmmədov əlavə edib.

Millət vəkili təhsilin, tədrisin yüksək səviyyədə qurulmasının vacibliyini də vurğulayıb:
 
"Sentyabrın 22-də Azərbaycanda ümumi təhsil müəssisələrində tədris başladı. Pandemiya şəraitində təhsilin davamlı və ənənəvi olmasını təmin etmək üçün ilk növbədə çalışmalıyıq ki, koronavirusa yoluxmalar olmasın”, deyə Ceyhun Məmmədov bildirdi.

O, təhsil müəssisələrində müəllim və şagirdlərin davamiyyətinin yüksək səviyyədə olmasının vacibliyini də dilə gətirib.

Bu il ölkə üzrə təhsil müəssisələrində əyani tədris karantin rejiminə əsasən, l-IV siniflər üzrə 22 sentyabr tarixindən, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə 29 sentyabr tarixindən başlayır.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 
Sentyabrın 29-da isə ali məktəblərdə tədris başlayır.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol