• $
  • €
  • ₽
  • ₺
  • £

Təbiətə 1200 azn ziyan dəyib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Təbiətə 1200 azn ziyan dəyib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
23.09.2021 12:28
Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında kəsilən ağacların yerinə yeniləri əkilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həmin ərazidə yeni ağaclar əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırması nəticəsində həmin ərazidə təbiətə 1 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib.

******
Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba" marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb. 

Xidmət rəsmisi Vaqif Cavadov  bildirib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"İlkin araşdırma zamanı "Oba" marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”, - deyə Cavadov bildirib.

Vaqif Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol