Sahil Babayev: "İxtisaslı işçi qüvvəsinin sayı azdır"

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Nizami Gəncəvi ili"nə həsr olunmuş "Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda bu barədə danışıb.
"Rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var”.
Nazirin sözlərinə görə, hazırda əmək bazarında çağırışlar çox ciddidir.
"Öz sahəsində işləyən ixtisaslı işçi qüvvəsinin sayı gözləntilərimizdən çox azdır. Əlbəttə, burada obyektiv səbəblər də var. Bizdə hələlik qeyri-formal, distant təhsilin iş yerində tam tanınmaması burada faktor rolunu oynayır. Ümumi məşğul əhalinin içində ixtisaslı işçi qüvvəsinin sayı azdır. Dövlətin icra etdiyi proqramlarda da bu, özünü göstərir” - deyə, nazir bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























