• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə beynəlxaq şərab marşrutu YARADILIR

Azərbaycanda ilk dəfə beynəlxaq şərab marşrutu YARADILIR
24.09.2021 13:23
Azərbaycan ilk dəfə   "Iter Vitis Azerbaijan” beynəlxalq  şərab marşrutu hazırlanıb.  Bu, Azərbaycan-Gürcüstan-Rusiyanı birləşdirən ilk transmilli marşrut olacaq. Rusiya və Gürcüstan öz xətləri üzrə tamamlama işlərini bitirdikdən sonra, marşrut istifadəyə veriləcək. 

Bu barədə Azərbaycan Turizm Bürosunun Turizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova bildirib.

İter Vits Qafqaz layihəsinin  Qafqaz ölkələrinin mədəniyyətini  və şərab ənənələrinin öyrənilməsində böyük rolu var. Avropa, ABŞ və Şərq ölkələri üçün yeni turizm məhsulu olacağı gözlənilir. Sözügedən məhsullara  nar şərabları, heyva şərabı və chacha şamil edilir.Transmilli marşrutun bu ilin sonunadək fəaliyyət göstərməsi gözlənilir. Azərbaycanda bu marşrut Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Göygöl, Şəmkir, Gəncə və Tovuzu əhatə edir. Tur çərçivəsində şərabın dequstasiya edilməsi, milli şərabçılıq mədəniyyətinin, yerli üzüm sortlarının, eləcə də Azərbaycanda şərabçılığın tarixi və xüsusiyyətlərinin nümayiş etdirilməsi nəzərdə tutulub.

Azərbaycanın şərab yolu 2019-cu ilin noyabr ayında Xorvatiyada keçirilən assambleyada "İter Vitis" şərab marşrutuna üzv ölkə seçilib. "İter Vitis" Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Birliyinin şərab yolu marşrutu olmaqla 19-dan çox ölkənin şərab marşrutunu özündə birləşdirir. Bu marşrut boyunca turistlər Fransa, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Gürcüstan kimi ölkələrin şərab zavodlarını və plantasiyalarını kəşf edirlər. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.

 
Samirə Əli 
 
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol