Bakıda insanlara qarşı elektroşok istifadə edən tutulub
24.09.2021 18:30
Bakıda xuliqanlıq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 23-də Sahil bağında xuliqanlıq zəminində vətəndaşlara qarşı elektroşok istifadə edən Bakı şəhər sakini O.Mehdiyev saxlanılıb.