• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərazilərə qar yağıb

Bu ərazilərə qar yağıb
26.09.2021 16:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Anews.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Qrız Qudyalçayda 26.0 mm, Vəlvələçay Təngəaltıda 20.0 mm, Şabran Gilgilçayda 13.0 mm, İsmayıllıda 11.0 mm, Şabranda 10.0 mm, Altıağacda 9.0 mm, Gədəbəy, Xaltanda 8.0 mm, Ləzədə 7.0 mm, Qubada 6.0 mm, Xarmidorçay Xaltanda 5.0 mm, Nabran, Daşkəsən, Qəbələdə 4.0 mm, İsmayıllı, Şamaxı, Göyçay, Qusarda 3.0 mm, Qudyalçay Xınalıq, Kürdəmir, Xaçmaz, Qobustanda 2.0 mm, Şəki, Göygöl, Oğuz, Kişçay (Şəki), Tərtər, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 21.0 mm (aylıq normanın 93%-i), Bakıda 12.0 mm (aylıq normanın 70%-i), Sumqayıtda 8.0 mm (aylıq normanın 44%-i), Pirallahıda 6.0 mm (aylıq normanın 41%-i) olub.

Yağan yağış nəticəsində Şabran-Gilgilçay və Xarmidorçay Xaltan məntəqəsində sululuq artıb.

Qar örtüyünün hündürlüyü:
Qar örtüyü əmələ gəlmiş, Qudyalçay Xınalıq, Ləzə məntəqələrində, Gədəbəyin yüksəkliklərinə, Kəpəz və Qoşqar dağlarına, Şahdağa ilk qar yağıb. Şahdağda qarın hündürlüyü 1 sm -ə çatıb.
Külək:
Şimal-qərb küləyi arabir Tərtərdə 28 m/s, Ağdamda 26 m/s, Gəncədə 25 m/s, Beyləqan, Göyçay, Naftalanda 24 m/s, Xınalıq, Daşkəsəndə 23 m/s, Bərdə, Xaçmazda 22 m/s, Nabran, Tovuz, Yevlaxda 20 m/s, Mingəçevirdə 18 m/s, Sabirabadda 17 m/s, Lənkəran, Xaltan, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 32 m/s, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Bakı, Pirallahıda 25 m/s, Qum adasında 20 m/s, Sumqayıtda 19 m/s-dək güclənib, Net Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol