Biləsuvarda piyadanı vuraraq öldürüb qaçan sürücü tutulub

Biləsuvarda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.
Bu barədə DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-də axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunda müəyyən edilməmiş atomobillə Biləsuvar şəhər sakini Alim Hüseynov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış "Mercedes” markalı mikroavtobusun sürücüsü, Biləsuvar şəhər sakini Samir Əliyev müəyyən edilərək saxlanılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























