• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakıda atmosfer çirklənməsi azalıb” - Açıqlama

“Bakıda atmosfer çirklənməsi azalıb” - Açıqlama
04.10.2021 20:21
Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə 1-4 oktyabr tarixlərində Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində  monitorinqlər həyata keçirilib, havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr aparılıb.

Anews.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, havada tozun miqdarı norma daxilində olsa da, Bakı şəhərində dəm qazı 1.5,  azot 4-oksid 1.4, Gəncə şəhərində kükürd və dəm qazı 1.3, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə normadan çox  olub.

"Bakı şəhərində keçirilən monitorinqlərin nəticələrinə görə, atmosfer havasının çirklənmə səviyyəsi ötən illərlə müqayisədə azalıb. Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən havada tozun miqdarı normadan aşağı qeydə alınıb”.

G.Abbasova onu da qeyd edib ki, 1-4 oktyabr tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub:
"7 oktyabr tarixinədək  yağıntılı və küləkli hava şəraitinin olacağını nəzərə alsaq, yaxın günlərdə də havanın keyfiyyətinin əlverişli  olacağı gözlənilir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol