• $
  • €
  • ₽
  • ₺
  • £

Vəzifəli şəxs vəfat etdi

Vəzifəli şəxs vəfat etdi
08.10.2021 13:05
"Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktor müavini Elxan Məmmədov 63 yaşında vəfat edib.

Bu barədə anews.az  ASK-ya istinadən xəbər verir.

Məlumata görə, Elxan Məmmədov 12 yanvar 1958-ci ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, 1980-ci ildə Moskva Dağ-Mədən İnstitutunu, 1991-ci ildə Moskva Yeyinti Sənayesi İnstitutunu bitirib.

Elxan Məmmədov 1992-1993-cü illərdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətində sənaye, nəqliyyat və rabitə sahələri üzrə icra başçısının müavini vəzifəsində çalışıb, müxtəlif vaxtlarda "Birləşmiş Millətlər Təşkilatı”nın Qaçqınlar Üzrə Ali Komissarı, "ADRA”, "CHF International”, "İRC”, "Avropa İttifaqı”, "BMT İnkişaf Agentliyi”, "Avropa Yenidənqurma və İnkişaf Bankı” kimi beynəlxalq təşkilatlarda ekspert kimi fəaliyyət göstərib, "Gəncə-Pivə” ASC-nin İdarə Heyətinin sədr müavini olaraq maliyyə və əməliyyat sahələrinə rəhbərlik edib, 2005-ci ildən "Azərbaycan Bank Tədris Mərkəzi”ndə ekspert, sonra isə Baş Məsləhətçi olaraq maliyyə və risklərin idarəedilməsi sahələri üzrə təlim və məsləhət xidmətli göstərib, "Gilan Agricultural Group”da investisiya və strateji planlaşma üzrə baş analitik kimi çalışıb.

O, 22 dekabr 2017-ci ildə ASK-nın Maliyyə departamentində direktor müavini, bu il aprelin 1-dən isə "Azərpambıq"da direktor müavini vəzifəsinə təyin olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol