• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məktəblər 6 günlük qrafikə keçdi

Bu məktəblər 6 günlük qrafikə keçdi
08.10.2021 20:30
Bakıda bir neçə ümumtəhsil müəssisəsi 6 günlük qrafikə keçib.

Buna səbəb təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etməkdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)  bildirilib ki, BŞTİ-nin tabeliyində olan məktəblərin 45-i 6 günlük qrafiklə fəaliyyət göstərir: "Məktəbin iş rejimi onun maddi-tədris bazası və kadr potensialı nəzərə alınmaqla, Pedaqoji Şuranın iclasında müzakirə olunur və kollegial qərar əsasında məktəb rəhbərliyi tərəfindən tənzimlənir”.

Sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində, sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) ənənəvi formada yeni dərs ili başlayıb. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən isə 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Oktyabrın 2-dən etibarən həftəsonu ictimai nəqliyyat qadağası aradan qaldırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol