• $
  • €
  • ₽
  • ₺
  • £

Şərqi Avropa azərbaycanlılarının görüşü keçirilib

Şərqi Avropa azərbaycanlılarının görüşü keçirilib
09.10.2021 19:17
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan icması ilə görüş və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib.
 
Azərbaycan Evində baş tutan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları, Azərbaycanın Macarıstandakı səfirliyinin nümayəndələri, Koordinasiya Şurasının əlaqələndiriciləri və icma üzvləri iştirak ediblər.
 
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən ölkəmizin Macarıstandakı səlahiyyətli və fövqəladə səfiri Tahir Tağızadə xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində və təşkilatlanmasında Diasporla İş üzrə Dövlət Komitəsinin rolunu yüksək qiymətləndirib. Səfir bildirib ki, Vətən müharibəsində qazanılan qələbənin diplomatiya sahəsində möhkəmləndirilməsi baxımından səfirliyin və diasporumuzun rolu əvəzedilməzdir. Macarıstanın ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən dövlət olduğunu vurğulayan diplomat burada yaşayan soydaşlarımızın sayının artması, Macarıstan universitetlərində 900-dən çox azərbaycanlı tələbənin təhsil alması kimi amillərin ölkəmizin maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, Dövlət Komitəsi ilə səfirliyin əməkdaşlığı çərçivəsində birgə layihələrin həyata keçiriləcəyini söyləyib. "Sizi səfirliklə əməkdaşlığa çağırıram. Biz "Dəmir Yumruq” kimi birləşməli və birgə çalışmalıyıq”, - deyə səfir əlavə edib.
 
DİDK sədrinin müavini Elşad Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı "xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər” fikrini xatırladıb. Sədr müavini qeyd edib ki, qalib xalqımızın diasporunun, o cümlədən Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının və Macarıstandakı icmamızın fəaliyyətində yeni mərhələ başlayıb.
 
Budapeştdəki Azərbaycan Evinin yarandığı gündən soydaşlarımızı birləşdirən məkana çevrildiyi, pandemiya məhdudiyyətləri dönəmində burada soydaşlarımıza mənəvi və xeyriyyə dəstəyinin göstərildiyi, həftəsonu Azərbaycan məktəbinin yaradılmasının zəruri olduğu, Azərbaycan evlərində radioların fəaliyyətə başlaması prosesinə start verildiyi və sair məsələlər nəzərə çatdırılıb.
 
Tədbir komitənin son illərdəki fəaliyyətinə və Vətən müharibəsinə həsr olunmuş videoçarxların nümayiş etdirilməsi ilə davam edib.
 
Sonra Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. Tədbirdə Koordinasiya Şuralarının ötən müddət ərzində gördüyü işlərlə bağlı əlaqələndiricilər hesabat xarakterli çıxışlar ediblər.
 
Toplantı 8 noyabr – Zəfər Günü ilə bağlı həyata keçiriləcək tədbirlər planının müzakirəsi və bədii proqramın nümayişi ilə yekunlaşıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol