“Dağ komando kursu”nu bitirdilər

Oktyabrın 16-da Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
www.anews.az
























