Koronavirusa yoluxan birinci sinif şagirdi vəfatı barədə AÇIQLAMA - YENİLƏNİB

Birinci sinif şagirdinin ölümü barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlama yayıb.
TƏBİB-dən şagirdin koronavirusdan vəfat etmədiyi bildirilib.
"K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib ki, Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”, - deyə qurumdan məlumat verilib.
******
Sabunçunun Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin ölüm səbəbi bəzi mənbələrdə koronavirus olduğu bildirilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib (İTV)
www.anews.az
Son xəbərlər 
Daha çox 























